Xəbər lenti
Reklam
Elşad Xosenin bacısı sirrini açdı: Fəxrəddin Manafova görə...
                                                       
Gende.az sfera.az-a istinadla  xəbər verir ki, məşhur repçi Elşad Xosenin bacısı, sosial şəbəkə hesabında maraqlı bir durum paylaşıb.
 
Özünü Lessi Ali kimi təqdim edən xanım ailə qurmamağının səbəbini açıqlayıb.
 
 
Sən demə, repçinin bacısının ailə qurmamağına səbəb sevdiyi kişinin çoxdan evli olması imiş.
 
 
Lessi Ali bu haqda belə yazıb: "Çoxları yorulmadan nəyə görə ailə qurmamağımın səbəbi ilə maraqlanır. Əslində bunun bircə səbəbi var.
 
O, evlidir. Özü də lap çoxdan. Xanımı ona ata olmaq sevinci yaşada bilməsədə, o, hələ də xanımı ilə birgədir. Bu onunla olmaq istəməyimin daha bir səbəbidir.
 
 
Bu gün bu yaraşıqlı kişinin , milli kinomuzun ustad sənətkarının 65 yaşı tamam olur!
 
 
Tanrı sizi qorusun! Axı bu gün sizin kimi əsl aktyorlar çox az qalıb...
 
 
Yubileyiniz mübarək, sevimli Fəxrəddin!

 
P.S. Xatırladaq ki, tanınmış kino aktyoru, Respublikanın Xalq Artisti Fəxrəddin Manafov 1955-ci ilin 2 avqustunda Xankəndində dünyaya gəlib. Sözügedən durum da elə həmin gün paylaşılıb.
Tarix: 03 avqust 2020
Baxış: 476

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş