Redaktor seçimi
    "Azparkinq"lə bağlı problemlər bitmək bilmir... - Vətəndaşların narazılıqları nə vaxt həllini tapacaq?
Xəbər lenti
Reklam
125 min dollara kosmosa hava şarı ilə səyahət

Kosmik turizm şirkəti “Space Perspective” insanları Yerdən 32 kilometr hündürlüyə qaldıracaq hava şarının inşasını tamamlayaraq ilk sınaq uçuşunu həyata keçirib.
Səyahətin qiyməti 125 min dollar olaraq müəyyən edilib və uçuşların bu ilin sonunda başlaması planlaşdırılır.
Həyəcan axtarışında olanlar 125 min dollar dəyərində bilet alaraq nəhəng bir şarda kosmosun ucqar nöqtələrinə səyahət edə biləcəklər.
Şirkət həmçinin vurğulayıb ki, raketlərdən fərqli olaraq, onların inşa etdiyi kapsullar yerdən daha yavaş və daha yumşaq şəkildə ayrılacaq.
Sözgedən səfərin altı saat çəkəcəyi bildirilir. Kapsulun daxili hissəsi həm geniş, həm də rahatdır və 8 müştəri ilə bir kapitanı daşıyacaq.
Kapsulda bar, Wi-Fi və sərnişinlər üçün tualet olacaq.




Valyuta.az 

Tarix: 07 iyul 2024
Baxış: 75

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş