Yerin əkizi tapıldı - "Orada da çay, göl və dənizlər var"
NASA-nın Ceyms Uebb Kosmik Teleskopu Günəş sistemindəki peyk planetlərdən birinin fotosunu çəkib. Onun tam olaraq Yer kürəsinə bənzədiyini açıqlanıb.
Fotoşəkili çəkilən və “Yerin əkizi” adlandırılan bu peykin dəqiq yeri və diqqət çəkən xüsusiyyətlərinin nədən ibarət olduğu müzakirə edilir.
Sözügedən foto sosial mediada ciddi müzakirələrə səbəb olub. Bir çox insanlar bunun peyk planet olmasının bir şayiə olduğunu və bulanıq şəkildə görünən planetin əslində Yerin özü olduğunu deyiblər.
Lakin verilən açıqlamada göy cisminin Saturnun ən böyük peyki olan Titan olduğu açıqlanıb.
Məsələylə bağlı NASA-dan bunları deyiblər:
“Titan Günəş sistemində unikaldır. Yerdən başqa o, yeganə planetdir ki, orada çaylar, göllər və dənizlər var. Amma bu göllər sudan çox karbohidrogenlər, etan və metan kimi molekullardan ibarətdir"
BakuPost
Tarix: 01 may 2024
Baxış: 138
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş