Xəbər lenti
Reklam
Alimlər qocalmanın əsas səbəbini MÜƏYYƏNLƏŞDİRDİ
İsveçrənin Bern Universitetinin bir qrup alimi qocalmanın əsas səbəbini müəyyənləşdirib.
Mütəxəssislər hansı hüceyrələrin patoloji prosesdə əhəmiyyətli rol oynadığını aşkar edib. Tədqiqatın nəticələrinə görə, qarın boşluğunda yerləşən viseral yağlar yüngül xroniki iltihaba səbəb olur. Bu müddətdə yaşla əlaqəli xəstəliklərin inkişafı və immunitetin zəifləməsi sürətlənir, bu da yaşlanmaya səbəb olur.
Eyni zamanda, elm adamları patoloji prosesdə əsas rolun xüsusi immun hüceyrələri - eozinofil leykositlərin oynadığını aydınlaşdırıb. Bir qayda olaraq, qan dövranı sistemində iştirak edirlər, lakin mütəxəssislər onları insanlarda və siçanlarda viseral yağ toxumalarında tapıb. Bu hüceyrələr bədənin çoxhüceyrəli parazitlərdən qorunmasını təmin edir, həmçinin eozinofil leykositlər tənəffüs orqanları allergiyasının inkişafına imkan yaradır.
Qeyd edək ki, Almaniyanın Saarland Universitetinin alimləri də qocalmaya səbəb olan əsas mexanizmlərdən birini açıqlamışdı. Tədqiqatçılar kortizol hormonunun və özünəməxsus GILZ zülalının aşağı səviyyədə olması səbəbindən bədəndə xroniki iltihabın inkişaf etdiyini, əsas yaşlanma prosesi kimi qiymətləndirib. \\Publika
Tarix: 23 iyul 2020
Baxış: 381

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş