İndoneziya Komodo adasını turistlər üçün bağlayır - SƏBƏB
İndoneziya hökuməti 2020-ci ilin yanvarından Komodo adasını turistlər üçün bağlayacaq.
Gender.az-un məlumatına görə, qərar ətraf mühitin mühafizəsi, xüsusilə də Komodo varanlarının saylarının artırılması ilə bağlıdır.
Qeyd olunur ki, bir müddət əvvəl bölgə rəhbərliyi 41 ədəd Komodo varanını qanunsuz olaraq aparmağa çalışan qaçaqmalçıları saxlamışdı.
Komodo adasının qeyri-müəyyən müddətə bağlanacağı deyilir.
Komodo adası 1986-cı ildən YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır./Trend/
Tarix: 29 mart 2019
Baxış: 521
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş