“Avroviziya 2024” musiqi yarışmasında daha bir ölkəni təmsil edəcək ifaçının adı bəlli olub. Gender.az xarici mətbuata istinadən xəbər verir ki, İslandiyanı müsabiqədə “Scared of heights” mahnısı ilə Hera Björk təmsil edəcək. Qeyd edək ki, H. Björk 2010-cu ildə yarışmada “Je ne sais quoi” mahnısı ilə çıxş etmişdi. Xatırladaq ki, bu il İsveçin Malmö şəhərində keçiriləcək yarışmanın birinci və ikinci yarımfinalları 7 və 9 mayda, finalı isə mayın 11-də baş tutacaq. Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.