Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Alimlər Ay torpağını kənd təsərrüfatı üçün münbit hala gətiriblər

Bəşəriyyət nə vaxtsa Ayda uzunmüddətli bazalar quracaqsa, müntəzəm qida mənbəyinə ehtiyac yaranacaq. Bununla belə, ayda istixanalarda hər hansı bir məhsul gözləmək hazırda real deyil.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bununla yanaşı, elm adamları Ayda kənd təsərrüfatını təşkil etmək üçün addımlar atırlar. Tədqiqatçılar bildiriblər ki, onlar mühüm bitki qida elementi olan fosforun mövcudluğunu artıran bakteriyaları tətbiq etməklə, əlverişsiz Ay torpağını münbit hala gətirmək üçün yol tapıblar.
Alimlər Çindəki laboratoriyada tütün becərmək üçün uyğunlaşdırılmış Ay torpağından, daha doğrusu Ay reqolitindən istifadə edərək təcrübələr aparıblar. Müəyyən ediblər ki, üç növ bakteriya ilə zənginləşdirilən Ay torpağı mikrobsuz eyni torpaqla müqayisədə daha uzun gövdə və köklərə malik bitkilər, eləcə də daha ağır və daha geniş yarpaq qrupları əmələ gətirir.
Tədqiqatçıların sözlərinə görə, bakteriyaların hərəkəti torpağı daha turşulu edir. Nəticədə aşağı pH mühiti həll olunmayan fosfat tərkibli mineralların bu torpaqda mənimsənilməsinə səbəb olur və bu, bitkilər üçün fosforun mövcudluğunu artırır.

Tarix: 10 noyabr 2023
Baxış: 172

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş