Xəbər lenti
Reklam
Qadın küçələrdə gəzib ər axtarır

Belaruslu bir qadın Türkiyənin İstiqlal küçəsində “Ər axtarıram” yazılan elanla gəzib.
Gender.az xarici KİV-ə istinadən xəbər verir ki, əlində lövhə ilə küçədə gəzən qadını görən vətəndaşlar sıraya düzülərək foto çəkdiriblər.
19 yaşlı Polina Litvinova “Ər axtarıram” yazısı və sosial media hesabının istifadəçi adı ilə İstiqlal küçəsində gəzib.
Ər axtarıram” yazısı ilə küçədə uzun müddət dolaşan belaruslu qadın onunla şəkil çəkdirmək istəyən vətəndaşlara pozalar verib. Qadının sosial şəbəkədəki paylaşımı qısa zamanda minlərlə baxış sayına çatıb. Maraqlı hadisə mobil telefonla lentə alınıb.
“İnsanların çoxu niyə bu cür video hazırladığımı soruşur. Onsuz da çox diqqət çəkirəm, amma bu zarafat deyil. Həqiqətən mənə qayğı göstərəcək və təhlükəsizliyimi təmin edəcək yaxşı adam axtarıram.
Bu günlərdə sizə seksual obyekt kimi baxmayan kişi tapmaq çətindir. Əgər bu yolla ər tapmaq səhvdirsə, başqa necə tapacağımı bilmirəm. Ona görə də bu yolu seçdim.


Lent.az

Tarix: 23 oktyabr 2023
Baxış: 117

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş