Xəbər lenti
Reklam
21-ci əsrin dəbi lüks markalar - İnsanlar brendlərə niyə qaçır?

20-ci əsrin sonlarından başlayaraq insanlar arasında bir tendensiya meydana çıxdı. Brend geyim almaq, brend maşın sürmək, lüks restoranlarda yemək yemək dəb halını aldı. İnsanlar sanki bir-biri ilə bu mövzuda bəhs etməyə başladı. Azərbaycanda da brend dəbindən geri qalmaq istəmirlər.
Bəs insanların brend dediyimiz anlayışa marağı nədən yarandı? Onlar brendlərə niyə meyl edirlər?
Gender.Az-ın məlumatına görə, Valyuta.az məsələni sosioloq Mail Yaqubla müzakirə edib.
Mail Yaqub bildirib ki, insanların brendlərə üstünlük verməsi təkcə bizdə deyil, bütün dünyada var:
“20-ci əsrin məşhur psixoloqu Con Dyuinin çox gözəl bir ifadəsi var. O deyir ki, bütün insanların ən böyük arzusu böyük adam olmaqdır. Hamı daha əhəmiyyətli adam olmağa can atır. Hamı brendə tərəf qaçır, brend məhsullara üstünlük verir. Çünki hamı özünü psixoloji olaraq əhəmiyyətli insan kimi başqalarına göstərməyə çalışır. Mən brend mağazaya gedirəm, brend restoran gedirəm, brend maşın sürürəm, deməli mən dəyərli və əhəmiyyətli insanam”. 
Sosioloq düşünür ki, əgər insanlar intellektual və mənəvi baxımdan tamamilə yoxsul olsalar, onların sığınacaq yeri brendlərdir:
“Yəni brend mallar alsın və özünün mənəvi yoxsulluğunu, boşluğunu onunla kompensasiya eləsin. Demirəm ki, brend mallar alanlar mənəvi cəhətdən yoxsuldur, qətiyyən. Demək istəyirəm ki, insan psixologiyası belədir. Xüsusi ilə bəzən görürük ki, mənəvi baxımdan yoxsul olan insanların bütün düşüncələri, arzuları buna yönəlir”.

Tarix: 11 oktyabr 2023
Baxış: 140

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş