Xəbər lenti
Reklam
İnternetdə gördüyünüz bu fotolar saxta imiş - FOTO

Yəqin ki, çoxlarımız dəfələrlə internetdə gördüyümüz fotoların reallığına şübhə etməmişik.
Mükəmməl fotoşoplar təkcə sizi yox, xeyli sayda insanı inandıra bilib.
Vaxtilə internetdə populyarlaşan, hətta müzakirələrə səbəb olan, amma realdakından fərqli təqdim edilən bəzi fotoları təqdim edirik:
Bu fotoda astronavtın əlindəki kisədə narkotik varmış kimi görünsə də, əslində o, pasxa yumurtaları ilə komanda yoldaşlarına sürpriz etməyə hazırlaşır.


Aşağıdakı fotoda gördüyünüz qayalıq üzərində nağıl kitablarında təsvir edilənə bənzər qəsr də real deyil. Qala Almaniyada, qaya isə Taylandda yerləşir. İkisinin fotoşopla birləşdirilməsi belə maraqlı görüntü üzə çıxarıb.


Bu pilot isə havada özünü və sərnişinləri riskə ataraq selfi edirmiş kimi görünsə də, əslində, foto təyyarə yerdə olarkən çəkilib.


“Metro Golden Mayer”in ikonik introsunun yaradılması zamanı şirə işgəncə verildiyi barədə müzakirələr yaradan bu foto da həqiqətdə fərqlidir. Belə ki, şir müayinədən keçirilərkən çəkilən fotosu fotoşoplanaraq heyvansevərlərin qəzəbinə səbəb olub.


Cazibədar görünüşü ilə maraq doğuran qara şir də real deyil. Sadəcə insanların diqqətini çəkmək üçün fotoşopla rənglənib.


İllərlə sosial şəbəkələrdə "11 sentyabr terrorundan dəqiqələr əvvəl çəkilmiş foto" kimi təqdim olunan bu foto da feykdir. 


2000-ci illərin əvvəllərində Paris Hiltonun geyindiyi və müzakirələrə səbəb olan köynəyinin üzərindəki sözlər də aldatmadan başqa bir şey deyil. Realda köynəyin üzərində "kasıb olmağı dayandırın" ("stop being poor") yox, çarəsiz olmağı dayandırın"("stop being desperate") sözləri yazılıb.


Məşhur alman fizik Albert Eynşteynin velosiped sürdüyü yerdə çəkildiyi idda edilən foto da saxtadır. Əslində, sözügedən partlayış başqa bir yerdə Eynşteyn öldükdən düz 7 il sonra baş verib.


İnternetdə paylaşılan və populyarlaşan bu ayparaya bənzər adanın qarşısında  isə "ulduz" yoxdur. Havaydakı Maui və Kahoolave arasında yerləşən ay formalı Molokini adası fotoşopla internet istifadəçilərinin diqqətini çəkməyi bacarıb.


Donmuş Venesiyaya bənzəsə də, əslində gördüyünüz Baykal gölü ilə Venesiya fotolarının birləşdirilməsidir. Realda Venesiya kanalı heç vaxt belə donmayıb.

Ölkə.Az

Tarix: 22 avqust 2023
Baxış: 233

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş