Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Ağıllı saat" nadir ölümcül xəstəliyi ÜZƏ ÇIXARDI

"Apple Watch" istifadəçisi zəif ürək əzələsinin olması barədə xəbərdarlıq alıb. Bu, nadir ürək xəstəliyinin erkən aşkarlanmasına kömək edib.
Gender.Az xəbər verir ki, bu barədə "MyHealthyApple" portalı məlumat yayıb.
İstifadəçinin səhhətindəki problem "Apple Watch"da "Cardio Fitness" funksiyasından istifadə edilməklə müəyyən edilib.
"Qadcet VO2" göstəricisi məşq zamanı orqanizmin istehlak edə biləcəyi maksimum oksigen miqdarını müəyyən edir.
"Apple Watch" kardio səviyyəsinin yaşı və cinsinə görə aşağı olduğu halda 40 yaşlı sahibini bildirişlə xəbərdar edib.
Təl-Əvivdəki Şekler Tibb Məktəbinin mütəxəssisləri kişini müayinə ediblər. Həkimlər xəstəyə sol mədəciyin sistolik funksiyasının nəzərəçarpacaq dərəcədə azalması ilə iltihablı qeyri-işemik kardiomiopatiya diaqnozu qoyublar.
Adətən simptomların görünməsi bir neçə il çəkir. Xəstəlik ürəyin ən azı bir kamerasında ürək əzələsi incəldikdə və zəiflədikdə baş verir. Bu, potensial olaraq kameranın açıq sahəsinin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. \\Gundem.az

Tarix: 19 avqust 2023
Baxış: 324

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş