İnsana donuz ürəyi köçürüləcək – Almaniyada təcrübə başlandı
Almaniya transplantasiya mütəxəssisləri meymuna donuz ürəyi köçürülməsi prosesini başa çatdırdı.
Babuin meymununa ürək transplantasiyası Münhen Universitetində baş tutub. Belə ki, son təcrübədə 5 meymuna donuz ürəyi nəql olunub. Meymunlardan biri 1 ay sonra ölüb. Digər ikisi hətta 6 ay yaşayıb.
Köçürülmüş orqanlar yaxşı adaptasiya olsun deyə alimlər donuzun genomasını redaktə ediblər. Yeni metod aqressiv immun reaksiya riskini azaldıb.
Artıq donuzdan meymuna ürək köçürülməsi ilk dəfə deyil ki, aparılıb və alimlər bu sahədə uğurlu nəticələrə nail olublar. Bu o deməkdir ki, yaxın gələcəkdə ksenotransplantasiya reallığa çevriləcək, tibbi təcrübədə insana donuz ürəyi köçürülməsi baş tutacaq. Bu da donor defisitini azaldacaq, pasiyentlərin yaşamasını təmin edəcək.
Ekspertlər hesab edir ki, canlı ürəyin köçürülməsi hazırda təcrübələri aparılan süni ürək variantından qat-qat yaxşıdır. \\Medicina.az
Tarix: 25 mart 2019
Baxış: 779
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş