Hər kəs həyatını cəsur yaşayan insanlara heyrandır. Bu cür insanlar macəra həvəsi yüksək olur, heç kimin cəsarət edə bilmədiyi şeyləri gözlərini qırpmadan sınayırlar. Onların həyatında “təhlükəli” sözünün yeri yoxdur. Onu da qeyd etmək lazımdır ki, həyatını istədiyi kimi yaşayan insanlara həsəd aparsaq da, bu cəsarət bəzən təhlükələr də gətirə bilir.
Bəs Astrologiyada cəsur olması ilə seçilən bürclər hansılardır?
Ən cəsarətli və qorxmaz bürclərin siyahısını təqdim edirik.
ŞİR
Şir həmişə iş yerində liderlik edir. O, liderlik edəndə cəsarətli sıçrayışlar edir. Olduqca dürüst və qətiyyətlidirlər.
Şirlər riskə getməyi xoşlayır və bundan qorxmurlar. Ağır işi sevməyən və tənbəlliklə arası yaxşı olan Şirlər məsuliyyətlərinin öhdəsindən çalışmaqla gəlmək yerinə, idarəçilik etməyi üstün tuturlar.
QOÇ
Qoçlar planlı hərəkət etməyi sevmirlər. Həyatları boyu ağlına gələn ilk fikri həyata keçirmək üçün dərhal hərəkətə keçirlər. Qəti və cəsarətli davranışları hər kəsin onlara heyran olmasına səbəb olur.
Qoçlar kin saxlamaz və heç vaxt politik davranmazlar. Fikirləşdiklərini birbaşa, qorxmadan dilə gətirirlər.
OXATAN
Oxatan ulduzlar arasında ən cəsur və qorxmaz bürclərdən biridir. Adrenalin yaşamağı sevirlər. Həyatı maraqlı etmək üçün əllərindən gələni edirlər. Statistika, hesaba alma, plan qurmaq onlar üçün deyil.
Oxatan bürcü dinamik və enerjili bir təbiətə malikdir. Bu səbəbdən həyatları boyu aktiv idmana üstünlük verirlər. Yamac paraşütü, alpinizm, xizək kimi idman növləri əsl Oxatan bürcü üçündür.
ƏQRƏB
Əqrəblər qadağan olunmuş və sirli şeylərin arxasınca getməyi sevirlər. Bilməmək və yaşamamış olmaq narahatlığı yoxdur. Qaranlıq tərəfləri müşahidə etmək onların təbiətində var.
Sahibi tərəfindən tərk edilmiş evdə gəzmək, lava püskürən vulkana yaxınlaşmaq, hətta cinayət məsuliyyətindən qurtulmaq üçün qaçan kriminal biri ilə ünsiyyət qurmaq tam Əqrəb bürcü üçündür. \\Sfera.az