Redaktor seçimi
    İntim videosu yayılan Zaur Mirzəyev kimdir və əxlaqsızlıq hansı otaqda baş verib? – YENİ FAKTLAR
Xəbər lenti
Reklam
Belçikada suya batmış 11 min avtomobilin qaranlıq taleyi - Azərbaycana da gətirilib?

2021-ci il iyulun 15-də Belçikanın Valoniya regionunda baş verən daşqında 11 mindən çox avtomobil su altında qalmışdı. Zərər çəkən avtomobillər arasında köhnə avtomobillərlə yanaşı cəmi 20-30 min km qət etmiş bahalı maşınlar da vardı. Ötən həftə sonu utilizasiya ilə bağlı rəqəmlər açıqlandıqda isə heç kimi maraqlandırmayan fakt ortaya çıxdı.
Gender.az xəbər verir ki , ölkənin 110 utilizasiya müəssisəsi ötən il suda qalmış cəmi 1242 avtomobil qəbul edib. Nəzərə alaq ki, utilizasiya sənədlərində bu tip avtomobillər FL (flood - daşqın) kodu ilə göstərilir.
Bəs necə olur ki, suda qalan texnikanın cəmi 10%-i utilizasiyaya gedib çıxır? Axı qanun da belə avtomobillərin təmir və satışını qadağan edir! Eksporta icazə almaq da, demək olar qeyri-mümkündür. Amma çıxış yolu varmış.
Sığorta şirkətləri və ekspertlər zərərçəkəni dilə tutaraq avtomobilə texniki deyil, maddi ziyan dəydiyini (cızılıb, boya gedib, bamper qopub, faralar dəyişməlidir və s.) bəyan etməyə vadar edirlər. Bu da bahalı avtomobili olanların işinə yarayır. Maşını daha yaxşı qiymətə satmaq mümkün olur. Sığorta şirkəti də daha az xərcə düşür.
Bundan sonrası isə şəbəkə sistemidir. Sığortaçılar qeyri-leqal olsa da, avtomobilləri kütləvi şəkildə alaraq qonşu Niderlanda yollayıblar. Burada təmir edilib təzələnən avtomobillərin bir qismi Belçikaya, bir qismi də Avropadan kənara ixrac edilib. Bir sözlə, qanundan yan keçmək mümkün olub. Utilizasiyaya gedənlər isə çox köhnə, müştərisi tapılmayacaq avtomobillər olub.
Utilizasiya şirkətlərini birləşdirən “Febelauto” cəmiyyəti məsələni qanuni müstəvidə həll etməyə çalışır.
Ümumiyyətlə, dünyanın əksər ölkələrində qəzada ciddi zərər görmüş və ya daşqında qalmış avtomobillərin bərpa edilməsinə icazə verilmir. Suya batan avtomobil hər zaman risk faktorudur.
Görəsən Belçikada “aradan çıxarılmış” 10 000 avtomobildən neçəsi Bakı küçələrində yürüyür? Təəssüf ki, bu suala doğru cavab vermək mümkün deyil.gocar.be

Belçikada suya batmış 11 min avtomobilin qaranlıq taleyi - Azərbaycana da gətirilib?



Tarix: 21 iyul 2022
Baxış: 1 220

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}