Redaktor seçimi
    "Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?" - TURAN RZAYEV
Xəbər lenti
Reklam
“Deputat tanıyıram ki, obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır”


“Deputatların maaş artımına yanaşma kökündən qüsurludur. Ayda 200 min icarə haqqı alan deputatın maaşını 2-3 dəfə artırmaq kimin ağlına gəlib? Bu gün Milli Məclis deputatların maaşının kəskin surətdə – 43% artırılması,  onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilməsini 1-ci oxunuşda qəbul edib. Dəyişiklik qəbul olunsa, sıravi deputatların maaşları, hər aylıq  əlavələri də nəzərə almaqla 7455 manata yüksələcək. Əgər deputat sırf peşəkar formada deputatlıqla məşğul olarsa, peşəkar formada qanun yaradıcılığı ilə məşğul olacaqsa, bu məbləğdə maaş tam normal qarşılana bilər. Hamı bilir ki, bu tip deputatlar olduqca azdır, şəxsən mən belələrinin hamısını tanıyıram, parlament rəhbərliyində təmsilçilikdən  tutmuş sıravi deputatadək belələri var. Düşünürəm ki, kənardan heç bir gəliri olmayan bu tip deputatların yaradıcı analitik fəaliyyət üçün, deputat fəaliyyəti üçün qeyd olunan məbləğ bəlkə də azdır. Amma hamı da  bilir ki, Milli Məclisdə vəziyyət necədir...”
 
Bunu ekspert Osman Gündüz bildirib.
 
O.Gunduz bildirib ki, deputatların böyük əksəriyyətinin real biznesləri var: “Bəziləri heç bunu gizlətmirlər də və müsahibələrində qeyd edirlər. Təkrar edirəm ki, onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim. Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Halal xoşu olsun. Seçicilərinin hamısı da bunu bilirlər. Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır. Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə həm biznesindən gəlirlər əldə edəcək və həm də 7455 m. da dövlətdən alacaq. Bildiyim qədər bəziləri heç bunun fərqində də deyillər. Amma kimlərsə bu məsələni gündəmə gətirib və böyük əksəriyyət biznesmen, oliqarx deputatlar da, hətta arzulamasalar belə, bu cür biabırçılığa qol qoymalıdır. Fikrimcə, məsələnin bu formada qoyuluşu və zaman-zaman bu formada artımlar absurd bir vəziyyət yaradır. Ümid edirəm, bu məsələni gündəmə gətirənlər baş verənlərin fərqindədir və ağlabatan bir yanaşma ortaya qoya biləcəklər”. \\Pravda.az

Tarix: 22 iyun 2022
Baxış: 656

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}