Redaktor seçimi
    "Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?" - TURAN RZAYEV
Xəbər lenti
Reklam
Ramiz Mehdiyevin gəlini Banka 2 milyon manat borc verdi – DETALLAR

“Bank BTB” ASC-nin bir qədər əvvəl tədavülə buraxdığı 2 milyon manatlıq istiqrazların alıcısı məlum olub.
Gender.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu, Bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyevadır.
Xatırladaq ki, nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara cəmi 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib.
Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti” ASC-dir.
“Bank BTB” daha 3 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Həmin qiymətli kağızları da Bankın əsas səhmdarı əldə edəcək.

Tarix: 22 iyun 2022
Baxış: 625

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}