Xəbər lenti
Reklam
KTMT bəhanədir: Paşinyan qazaxlardan 44 günlük müharibənin intiqamını alır!
                                                       
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana 70 hərbçi göndərib. Bu gün isə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə edib. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.


44 günlük müharibə zamanı rəsmi İrəvan Azərbcaynın Ermənistan ərazilərinə hücum etdiyini, KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini əsas gətirərək təşkilatdan yardım istəmişdi. Ermənistanın yardım tələbinə isə başda Qazaxıstan olmaqla, Belarus və digər türk ölkələri qarşı çıxmışdı. Qazaxıstan bundan başqa, 44 günlük müharibə zamanı Azərbaycana dəstək nümayiş etdirmiş, KTMT-in ehtimal müdaxilə ssenarilərin də qarşısını almışdır. İndi isə Paşinyanın əlinə yaxşı fürsət düşüb və ondan maksimum istifadə etməyə çalışır.

O ki, qaldı indiki halda Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığına deyə bilərəm ki, bu da təsadüfi deyil. Belə ki, Qazaxıstanda hazırda 40.000-dən çox erməni əsilli vətəndaş yaşayır. Paşinyan Qazaxıstana 70 hərbçi göndərsə də Kreml daha artığını istəyir.

Mümkündür ki, Kreml sahibi Paşinyanda Qazaxıstandakı erməni əsili vətəndaşların ixtişaşları daha da qızışdırması, hətta birbaşa iştirak etməsini də istəsin. Onsuz da Kremlin mətbəxinin məhsulu olan Qazaxıstandakı “etirazlara” indi də Kremlin istəyi ilə ermənilərin də qarışması Putinin hədəflərinə biraz da yaxınlaşması deməkdir. 


Politoloq Turan Rzayev
Gender.az
Tarix: 08 yanvar 2022
Baxış: 183

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş