Redaktor seçimi
    “Nikol Paşinyan xarici siyasət kursunu dəyişir...” “MEYDAN” (“QRAPARAK”) BELƏ YAZIR
Xəbər lenti
Reklam
Erməni hərbçilər Xocavənddəki məbədimizdə Tanrıdan AMAN DİLƏDİLƏR – FOTOFAKT

Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında hələ də sülənən erməni hərbçilər digər “ictimaiyyət nümayəndələri” ilə birgə  Xocavənd rayonunun “Ninki” adlandırdıqları Cəmiyyət kəndindəki “Bovurxan” adını qoyduqları Bağırxan məbədini ziyarət ediblər.
 
 
Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Layihə separatçı rejimin qanunsuz “müdafiə” və “daxili işlər” “nazirlik”ləri tərəfindən təşkil edilib.
Separatçı-terrorçu “müdafiə ordusu”nun polkovniki, eyni zamanda keşiş olan  Qor Qyurcyan bildirib ki, “bu müqəddəs məkana gəlməkdə məqsədimiz Tanrı ilə insan arasındakı əlaqəni bərpa etmək , onun qarşısında hesabat vermək və arzularını diləməkdir”.
 
 
Hərbçi keşiş əlavə edib ki, yaxın müddətdə məbədi təmir edəcəklər.
 
“Tədbir zamanı hərbi oyunlar keçirilib, mahnı və şeirlər səsləndirilib” – xəbərdə belə deyilir.
 
 
Xatırladaq ki, elə adındakı “xan” məfhumundan Azərbaycan türklərinə mənsubluğu bilinən Bağırxan məbədi Xankəndi –Xocavənd  yolu yaxınlığında, Xocavənd rayonunun Cəmiyyət kəndi ərazisində yerləşir. XII əsrə aid olan abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 250 inventar nömrəsi ilə təkrar inventarlaşdırılaraq dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. \\Moderator.az

Tarix: 21 iyun 2021
Baxış: 73

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]