Redaktor seçimi
    Zəngəzur dəhlizi tezliklə açılacaq - PAŞİNYAN BUNA MƏCBURDUR
Xəbər lenti
Reklam
SON DƏQİQƏ: Laçın istiqamətində düşmən təxribatının qarşısı alınıb - RƏSMİ
                                                

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Bu barədə Gender.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.

İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.
Tarix: 08 iyun 2021
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]