Cəbhədə gərginlik: ermənilər bu yola da əl atdı – Şok foto
Müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır. Düşmənlərimiz (yalnız ermənilər deyil) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, bilgi almaq istəyirlər.
Bu barədə siyasi ekspert Vüqar Zifəroğlu qeyd edib. O bildirib ki, sosial şəbəkə istifadəçiləri paylaşımlarına diqqət edilməlidir:
“Dəfələrlə qeyd etmişik: İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumlar deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni əhatə edir. İnformasiya müharibəsi – beyinlərə yönəlik həmlədir. Hədəfdə çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır.
Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni “feyk səhifə”ləri və profilləri var. Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik.
Yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz bu prinsiplərdən çıxış etməliyik”.
Politoloq fikirlərinin izahı üçün foto-skrin də paylaşıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyətin düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşləşməsi barədə məlumat yayıb. \\REPORTYOR
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: