Xəbər lenti
Reklam
Mehdiyevin 17 milyonunun aqibəti nə olacaq?

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Ramiz Mehdiyevin 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırması ilə bağlı məlumat yayıb. Bəs sözügedən vəsaitin hüquqi aqibəti necə olacaq?
Hüquqşünas Əkrəm Həsənov Gender.Az-a açıqlamasında bildirib ki, hazırda məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından həmin vəsaitin artıq müsadirə edildiyini söyləmək düzgün deyil. Onun sözlərinə görə, hər hansı şəxsin əmlakı yalnız məhkəmə qərarı əsasında əlindən alına bilər.
“Əgər məhkəmə tərəfindən müsadirə barədə qərar qəbul edilərsə və bu qərar qanuni qüvvəyə minərsə, həmin əmlak dövlət mülkiyyətinə keçirilir. Bu halda vəsait dövlət büdcəsinə daxil edilir və onun istifadəsi hər il qəbul olunan dövlət büdcəsi haqqında qanuna uyğun müəyyənləşdirilir”, – deyə hüquqşünas vurğulayıb.
Qeyd edək ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin əmlakının müsadirəsinin icrası yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və müvafiq normativ qaydalara uyğun aparılır.

Sevinc İbrahimzadə 

Tarix: 13 fevral 2026
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş