Redaktor seçimi
    Dünyanın gözlədiyi tarix: siyahıda ölkəmiz də olacaq? – İLK
Xəbər lenti
Reklam
İşdən çıxarılan direktorun DOSYESİ

Xəbər verdiyimiz kimi, Bakı şəhəriindəki 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli vəzifəsindən azad edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Yaqut Müseyibli fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, "Son Zəng" üçün pul yığılmasını tələb edir.
İşdən çıxarılan direktorun qısa dosyesini təqdim edirik.
Müseyibli Yaqut İbrahim qızı 1973-cü ilin 25 yanvarında anadan olub. 1989-cu ildə 42 nömrəli tam orta məktəbi, 1994-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsini bitirib. Fizika-riyaziyyat ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə ilə bitirib.
2002-2007-ci ildə Bakı Dövlət Universitetinin aspirantı olub, Azərbaycan Respublikasının Prezident Yanında Ali Attestasiya Komissiyasında Fizika-riyaziyyat elmləri namizədi adını, alimlik dərəcəsini alıb. \\Manşet.Az 

Tarix: 13 may 2025
Baxış: 49

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş