Redaktor seçimi
    AZAL-ın bələdçisi Kadırovun mükafatından İMTİNA ETDİ
Xəbər lenti
Reklam
Bakıda bu rayonlarda binalar təmir olunacaq - 48,5 mln. manatlıq LAYİHƏ


Bakının bir neçə rayonu üzrə dövlət mənzil fonduna aid binalar təmir olunacaq.

Bu barədə Gender.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, təmir işləri Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaları əhatə edəcək.
BŞİH başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq təmir işləri ilə bağlı hazırlıqlara başlayıb.
Qurum paytaxtın 12 rayonunda dövlət mənzil fonduna aid binalarında təmir işlərinə 48 500 000 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Tarix: 27 fevral 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş