Xəbər lenti
Reklam
Deputat olmasalar da, deputat pensiyası alacaqlar! - Siyahı

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.
Gender.az-ın Modern.az-a istinadən məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.
Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:
- İsa Həbibbəyli - 74 yaş
- Sədaqət Vəliyeva - 70 yaş
- Oqtay Əsədov - 69 yaş
- Vahid Əhmədov - 76 yaş
- Fəzail Ağamalı - 76 yaş
- Sabir Rüstəmxanlı - 78 yaş
- Tahir Kərimli - 68 yaş
- Aqiyə Naxçıvanlı - 66 yaş
- Bəxtiyar Sadıqov - 72 yaş
Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.

Tarix: 14 avqust 2024
Baxış: 131

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş