“Bir şəklin tarixçəsi” -Səsləri həmahəng olan iki sənətkar
İki sənətkar, iki nadir səs... Ağayana və ağır baxışlı aktyor Səməndər Rzayev və yanıqlı səsi ilə qəlbləri kövrəldən xanəndə Səxavət Məmmədov. İki məşhur sima, iki mərhum...
Bu fotoşəkil 80-ci illərin sonlarında çəkilib.
Azərbaycan xalqının ürəyində yer almış Səməndər Rzayevin və Səxavət Məmmədovun bulaq kimi təmiz, şaqraq səsi indi də qulağımızdan getmir.
Folklor nümunələrini radionun “Bulaq” verilişində özünəməxsus çalarla oxuyan Səməndər Rzayevin təkrarolunmaz səsi Səxavət Məmmədovun “Sarı bülbül”ü ilə həmahəng idi...
İkisi də cavankən həyata vida dedilər.. Sənətlərinin ən yaxşı vaxtlarında.. Amma onlar bu fani dünyada yaşadıqları qısa ömürlərində səslərini xalqın yaddaşına yaza bildilər. Onları dinləyəndə qeyri-ixtiyari ömürümzün arxada qalmış ən şirin xatirələrinə boylanırıq, əlimizdə olan işləri bir kənara buraxaraq, acgözlüklə bu sənətkarların səsini dinləyirik. 100 dəfə dinlədiyimizə baxmayaraq... Bu, çox az adamlara qismət olan bir ömürdür... (Modern.az)
Tarix: 27 mart 2019
Baxış: 545
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş