Türkiyədə ağır qəza: 40 nəfər yaralandı
İstanbuldan İraqa doğru hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb, nəticədə 40 nəfər xəsarət alıb.
Hadisə Ankaranı Niğdə ilə birləşdirən magistral yolun Aksaray şəhəri yaxınlığından keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara əsasən, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb. Nəticədə avtobusda olan 37 sərnişin, iki sürücü və bələdçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Aksaraydakı tibb müəssisələrinə yerləşdiriliblər.
Məlumata görə, xəsarət alanlar arasında uşaqlar da var. \\Mocomment.az
Tarix: 03 iyul 2026
Baxış: 30
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş