Aqşin Fatehin restoranı bağlandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektdə yoxlama aparıb.
Gender.az xəbər verir ki, qurumun apardığı yoxlamaların nəticəsində paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən "By Fateh" restoranının fəaliyyəti dayandırılıb. Restoranın qapısı möhürlənib.
Qeyd edək ki, adıçəkilən restoran tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.\\qafqazinfo
Tarix: 25 iyun 2026
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş