Azov dənizində vurulan "Natra" yük gəmisində sağ qalan vətəndaşlarımızdan biri Lənkəranın Boladi kəndindən olan Elməddin Axundzadədir.
"Gender.az" Baku TV-yə istinadən xəbər verir ki, Elməddin gəmidə elektrikçi işləyirdi və həmin gecə yaşanan dəhşətli anları belə xatırlayıb.
"Gəmidə 12 nəfər heyət idik. Saat 12:05-də vızıltı səsinə ayıldım. Çöldən qışqırdılar ki, gəmi dronla vurulub, hamı aşağı toplaşmalıdır. İkinci zərbə endirildi. Üçüncü zərbədən sonra əlaqəyə keçmək istədik, lakin daha bir zərbə də gəldi. Beşinci zərbə ilə vəziyyət daha da gərginləşdi. Psixoloji olaraq çox pis idik. Səhəri gözləyirdik ki, cəsədləri axtaraq. Cəsədlərdən birini tapdıq, gəmi isə darmadağın olmuşdu. Bir az axtardıqdan sonra gəminin kapitanını da tapdıq. Sonra ruslar gəlib bizi xilas etdilər. Cəsədləri bir katerə, sağ qalanları isə digər katerə yığdılar. Ruslar şoka düşmüşdülər ki, bu cəsədləri necə çıxarmışıq", - deyə Elməddin bildirib.
Qeyd edək ki, iyunun 5-də Azov dənizində iki xarici yük gəmisinə dronlarla zərbələr endirilib. Nəticədə, dörd Azərbaycan vətəndaşı həlak olub, dörd nəfər yaralanıb. Hər iki gəmidə sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü ölkəyə gətirilib, həlak olanların nəşləri isə ailələrinə təhvil verilib.







“Səssiz qatil”lə bağlı çağırış: Azərbaycanda da Türkiyə modeli tətbiq olunmalıdır
Hesablama Palatasının səlahiyyətləri artırıldı
Sabah bu rayonların bir hissəsində qaz KƏSİLƏCƏK
Partlayışdan sağ çıxmışdılar, ikisi də xəstəxanada öldü
Qorxmaz Əlilicanzadə üz iflici keçirdiyini açıqladı
Bu ərazilərdə işıq olmayacaq
Gənclər Fondu və Bakcell “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
20 ildə ilk: Fələstində parlament seçkisi təyin edildi
Erməni nazir istefa verdi
"28 May" metrosunda planlı təmir: Bir eskalator müvəqqəti işləməyəcək




