Xəbər lenti
Reklam
12 il əvvəl 9 yaşlı məktəblini xilas edən - Dəyanət qəfil öldü

12 il əvvəl Sabirabadda kanalda batan maşından 9 yaşlı qızı xilas edən Dəyanət Maqsud oğlu Şıxəliyev vəfat edib.
Gender.az xəbər verir ki, rayonun Kürkədi kənd sakini olan 33 yaşlı Dəyanət Bakıda dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmasa da, məşğul olduğu idmanla bağlı yüklənmə səbəbindən ürək çatışmazlığından həyatını itirdiyi ehtimal edilir. 
Qeyd edək ki, 5 dekabr 2014-cü ildə Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi Əhliman Hüseynov “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Həmin vaxt  avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Güldəstə Fuad qızı Hüseynova xilas edilsə də, sürücünü xilas etmək mümkün olmamışdı./Qafqazinfo





Tarix: 22 may 2026
Baxış: 18

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş