Beyləqanda maşınlar toqquşdu, 5 nəfər yaralandı

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gender.az xəbər verir ki, hadisə Beyləqan Daşburun avtomobil yolunda olub.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə Füzuli rayon Qayıdış qəsəbə sakinləri 1978-ci il təvəllüdlü Quliyev Etibar Müstəcəb oğlu və onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Quliyeva Cəmalə Vaqif qızı və digər avtomobildə olan Beyləqan rayon sakinləri - sürücü 1998-ci il təvəllüdlü Əlifzadə Babək Adil oğlu, avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Məmmədova Gülsarə İman qızı və 1972-ci il təvəllüdlü Zalov Əli Yaqub oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb. \\Qafqazinfo
Tarix: 21 may 2026
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş