Göyçayda ər arvadını qətlə YETİRDİ
Göyçayda ər arvadını qətlə yetirib.
Gender.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafedə baş verib.
38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Tarix: 12 may 2026
Baxış: 24
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş