Xəbər lenti
Reklam
3 lizinq şirkəti bağlandığını elan edib


Azərbaycanda eyni hüquqi ünvanda qeydiyyatda olan üç lizinq şirkətinin ləğv olunduğu elan edilib.

Söhbət “Universal Lizinq”, “GM Lizinq” və “NM Lizinq” MMC-lərdən gedir.

“GM Lizinq” MMC-nin qanuni təmsilçisi Həşimov Elxan Rahid oğlu, “NM Lizinq” MMC-nin qanuni təmsilçisi Heydərov Zahid Vəli oğlu, “Universal Lizinq” MMC-nin qanuni təmsilçisi isə Nəcəfzadə Anar Ziya oğludur.

Elanlara əsasən, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanına təqdim edə bilərlər.

2021-ci ildə dövlət qeydiyyatına alınan hər üç şirkətin nizamnamə kapitalları 20 manatdır. \\Valyuta.az


Tarix: 27 aprel 2026
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş