Xəbər lenti
Reklam
Sumqayıtda zəhərlənən uşaqların vəziyyəti açıqlandı

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağır stabildir.
Gender.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onun Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilir və meninqoensofalit diaqnozu təyin edilib.
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında isə iki nəfərin müalicəsi davam etdirilir.
Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, aprelin 1-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində çoxuşaqlı ailənin altı üzvü dəm qazından zəhərlənmişdi.

Tarix: 13 aprel 2026
Baxış: 50

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş