Redaktor seçimi
    “Ürəkdir də, indi mən də ölə bilərəm, səbəb əməliyyat olmayıb” - Video
Xəbər lenti
Reklam
Şeyxin müavininin vəziyyəti pisləşdi – Təcili həkimlər çağırıldı

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin sədri Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib. Ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb. Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktik tədbirlər davam etdirilir.
 
Faktı Hacı Sabir Həsənlinin özü də təsdiq edib:
 
“Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram”.
 
Qeyd edək ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.\\Manset.az

Tarix: 18 fevral 2026
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş