Redaktor seçimi
    Qanunsuz tikililərlə bağlı kritik qərar gözlənilir - AÇIQLAMA
Xəbər lenti
Reklam
Azərbaycan incəsənətinə ağır itki: Xalq rəssamının qızı DÜNYASINI DƏYİŞDİ

Azərbaycan incəsənətinə ağır itki üz verib.
Gender.Az Oxu24.com-a istinadla xəbər verir ki,Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin qızı sənətşünas Ofeliya Mirzəzadə vəfat edib.
O,bu gün dəfn olunub.
Qeyd edək ki,Böyükağa Mirzəzadə (1921-2007) sovet dövrünün ən sayılıb-seçilən azərbaycanlı rəssamlarından biridir. O, portret, peyzaj, natürmort və janr kompozisiyaları kimi müxtəlif janrlarda işləmişdir. 1950-1960-cı illərdə, rus rəssamlıq məktəbinin çiçəklənən sosial realizminin ənənələrini davam etdirməklə, həmçinin, yerli mühitin və mədəniyyətin özəl elementlərini əlavə etməklə özünə məşhurluq qazandı. Onun portretlər silsiləsi öz dövrünün görkəmli simalarını özündə birləşdirir. Rəssamın əsərləri Azərbaycan muzeylərində olduğu kimi, bir çox xarici ölkələrin muzey və qalereyalarında özəl kolleksiyalarda saxlanılır. Onun "Çətir altında natürmort" əsəri Moskvada Tretyakov Qalereyasının bədii fonduna daxil edilib.



Tarix: 31 yanvar 2026
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş