Xəbər lenti
Reklam
İranda azərbaycanlılar öldürüldü - fotolar

İranda keçirilən etiraz aksiyalarında rejim qüvvələri tərəfindən qətlə yetirilən azərbaycanlılarla bağlı yeni xəbərlər yayılıb.
Gender.Az bildirir ki, Musavat.com-un məlumatına görə, Ərdəbil əyalətinin Küyü şəhərindən olan 28 yaşlı Azərbaycan türkü Əlirza Qulizadə Tehranda rejimin qüvvələri tərəfindən keçirilən etiraz eyləmləri zamanı öldürülüb. Küyü şəhərinin Zeyvə kəndindən olan soydaşımızın cənazəsi dünən ailəsi tərəfindən doğulduğu şəhərdə dəfn edilib.
İranda internet kəsintiləri səbəbindən rejiminin törətdiyi cinayətlərin miqyası barədə dəqiq məlumat yoxdur. Ancaq zaman keçdikcə rejim tərəfindən qətlə yetirilən şəxslərin kimlikləri barədə məlumatlar tədricən üzə çıxır.
Öldürülənlərin ailə üzvləri barədə məlumatlar rejim qüvvələri tərəfindən gizlədilir.
Günaz.tv Xoydan olan azərbaycanlı futbolçu Mobin Qənbəri Tehranda keçirilən etiraz mitinqi zamanı İran rejimi qüvvələrinin birbaşa atəşi nəticəsində öldürüldüyü barədə xəbər yayıb. Mobin Qənbəri Tehranda Paykanın gənclər komandasının üzvü olub. Ailəsi onun cəsədini Kəhrizəkdan təhvil alıb.





Tarix: 22 yanvar 2026
Baxış: 19

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş