Türkiyəli sosial media fenomeni Şeyma Subaşı saxlanıldı
Türkiyənin sosial media fenomeni Şeyma Subaşı İstanbul Hava Limanında saxlanılıb.
Bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Onun ABŞ-dən Türkiyəyə qayıdarkən aeroportda saxlanıldığı bildirilir.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik təhqiqatı çərçivəsində Şeyma Subaşı barəsində saxlanılma qərarı verilmişdi. \\Bakupost.az
Tarix: 30 dekabr 2025
Baxış: 42
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş