DƏHŞƏTLİ mikroavtobus qəzası- ÖLƏN VAR

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.
Gender.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo
Tarix: 20 dekabr 2025
Baxış: 20
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş