Qubada avtobus ana və övladını vurdu - Ölən var
Qubada ana və övladını avtobus vurub.
Gender.az-ın məlumatına görə, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu piyada 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı qadının yanında olan azyaşlı övladı da xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır. /unikal
Tarix: 18 dekabr 2025
Baxış: 21
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş