Xəbər lenti
Reklam
Bakıda vəkilin evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.
Gender.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov məlumat verib.
Bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.
Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tarix: 22 oktyabr 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş