Erməni Moskvada məşhur rejissoru bıçaqlayıb qaçdı - FOTO
Moskvada məşhur operator və rejissor Sergey Politika evinin yaxınlığında bıçaqlanaraq qətlə yetirilib.
Gender.Az Musavat.com-a istinadla xəbər verir ki, hadisəni törədən şəxs 33 yaşlı Ermənistan vətəndaşı olub.
İlkin məlumata görə, rejissorla həmin şəxs arasında binanın qarşısında mübahisə yaranıb. Qarşıdurma zamanı erməni kişi Politiya sinəsindən bıçaqla zərbə endirib. Yaralı rejissor xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, orada vəfat edib.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb, hazırda onun axtarışı davam edir.
Tarix: 21 oktyabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş