Xəbər lenti
Reklam
Təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əlizadə saxlanılıb.
Bu barədə Gender.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, K.Əlizadə kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən 4 nəfərin 1977 manat vəsaitini talayıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Tarix: 26 sentyabr 2025
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş