Xəbər lenti
Reklam
Türkiyədə partlayıcı maddələr istehsal edən müəssisədə partlayış olub, 10 nəfər yaralanıb

Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisənin məhvetmə sahəsində partlayış olub.
Hadisə Çine rayonunda qeydə alınıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. 
Hadisə nəticəsində ikisi jandarm, biri polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Aydın valisi Yakup Canbolatın sözlərinə görə, hadisəyə səbəb partlayıcı maddə daşıyan maşının aşması olub. Bundan sonra ərazidə partlayış baş verib. O, həmçinin xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.\\Report

Tarix: 01 sentyabr 2025
Baxış: 102

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş