Bakıda karqo şirkətinə məxsus zirzəmi YANIR
Bakı şəhəri, Xətai rayonu, İnqilab ismayılov 6 ünvanında yanğın başlayıb.
"Gender.az" xəbər verir ki, "Starex" karqo şirkətinə məxsus zirzəmi yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. ("Report")
Tarix: 28 avqust 2025
Baxış: 26
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş