Redaktor seçimi
    Beynəlxalq konfrans iştirakçıları Şuşa türməsinə baş çəkdilər
Xəbər lenti
Reklam
Lənkəranda qadın betonun altında qaldı - VİDEO

Lənkəran şəhərində qadının üzərinə beton aşıb.
Gender.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaş - 1964-cü il təvəllüdlü Babayeva Brilyant Davud qızının fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.





Tarix: 22 avqust 2025
Baxış: 109

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş