Redaktor seçimi
    Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
Xəbər lenti
Reklam
Azərbaycan polisindən əməliyyat – SAXLANILANLAR VAR


Abşeron Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini 38 yaşlı Rüfət Qədirov və 26 yaşlı Həsən Musayev saxlanılıblar.

Gender.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məlumat verilib.
Bildirilib ki, R.Qədirovdan 1 kiloqram heroin və 3 kiloqram 447 qram marixuana, H.Musayevdən isə 495 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək, Abşeron RPİ-nin əməkdaşlarının ilin əvvəlindən narkotiklərlə bağlı keçirdikləri əməliyyatlar zamanı 51 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə əməliyyatlar davam etdirilir.
Tarix: 24 iyul 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş