Külli miqdarda rüşvətə görə şərti məhkum edilmiş sabiq direktor VƏFAT ETDİ

Ağdam Musiqi Kollecinin külli miqdarda rüşvətə görə şərti məhkum edilmiş sabiq direktoru Rafail Musayev vəfat edib.
Gender.az Teleqraf-a istinadən xəbər verir ki, Rafail Musayev ötən gün yaşadığı evdə ölüb.
Məlumat üçün bildirək ki, Rafail Musayev 5 ilə yaxın Ağdam Musiqi Kollecinin direktoru işləyib. O, korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinirdi.
Tarix: 15 iyul 2025
Baxış: 66
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş