Redaktor seçimi
    Beynəlxalq konfrans iştirakçıları Şuşa türməsinə baş çəkdilər
Xəbər lenti
Reklam
Sumqayıtda mebel fabrikinin süngər anbarı tamamilə YANDI

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Gender.Az xəbər  verir ki, hadisə Azərbaycan prospektində yerləşən mebel fabrikinə məxsus süngər anbarında qeydə alınıb.
Məlumata görə, anbarda baş verən yanğın nəticəsində obyekt tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Süngərlərin alovlanma sürəti səbəbilə alov qısa müddətdə bütün anbarı bürüyüb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix: 14 iyul 2025
Baxış: 65

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş