Redaktor seçimi
    Azərbaycanda yerin altında qədim şəhər aşkarlandı (VİDEO)
Xəbər lenti
Reklam
Könülün ölümü ilə bağlı cinayət işi açıldı

Bir neçə gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermis faciəvi hadisə ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Gender.Az-a bildirilib ki, iyunun 30-da 2005-ci il təvəllüdlü Könül İbrahimlinin Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.


Tarix: 11 iyul 2025
Baxış: 40

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş