4 uşaq anası xəstəxanada müayinə zamanı öldü
Gəncədə müayinə üçün xəstəxanaya gələn 4 uşaq anası orada ölüb.
Gender.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada baş verib.
Şəhər sakini, 1966-cı il təvəllüdlü Ramilə Bayramova qan təzyiqi ilə bağlı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib.
Müayinə edilərkən qadının təzyiqi qəfil yüksəlib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın müayinə otağında dünyasını dəyişib.
Tarix: 14 may 2025
Baxış: 44
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş